Bakıda bir neçə gün əvvəl baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 26 may tarixində xəbər verir.
Paytaxtın Məhəmmədi qəsəbəsində, “Yanar dağ” qoruğunun qarşısında “Toyota Prius” markalı minik avtomobili yük maşını ilə toqquşub.
Qəza zamanı minik avtomobili dərəyə yuvarlanıb, yük maşını isə yaxınlıqdakı hasara çırpılaraq aşıb.
Görüntülərdən hadisənin minik avtomobilinin sürücüsünün səhvi səbəbindən baş verdiyi aydın görünür.