Bakıda bir il əvvəl həbsxanadan çıxan şəxs adam bıçaqlayaraq yenidən həbs olunub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Qafqazinfo -ya istinadən xəbər verir.
21 yaşlı Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 17 yaşlı Rəsul Bədəlovu bıçaqlamaqda təqsirləndirilir.
Təqsirkar 2019-cu ildə adam bıçaqladığı üçün 3 il müddətinə həbs olunmuş, 2021-ci ilin mart ayında əfv olunaraq azadlığa buraxılmışdır. Bu il yeniyetmə R.Bədəlov Vüqar Rəsulova metroda “tərs baxdığı” üçün aralarında münaqişə yaranıb, daha sonra tanışlarına onun barəsində təhqiramiz sözlər səsləndirib. Daha sonra Vüqar, məsələni aydınlaşdırmaq üçün onunla görüşə gələn Rəsulu sinəsindən bıçaqlayıb.