Bakıda avtomobil əks yola çıxaraq qəza şəraiti yaradıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Toyota Prado” markalı 10-MM-100 dövlət qeydiyyat nişanlı avtomobil əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin üstünə sürüb.
Adıçəkilən avtomobilin daha öncə də kobud şəkildə qayda pozduğu və barəsində protokol tərtib edildiyi bildirilib.