Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 19 may tarixində xəbər verir.
Vəkilin yaxınlarının verdiyi məlumata əsasən, Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev Vəkillər Kollegiyasının üzvü Ülkər Hüseynbəylini təhqir edərək döyüb.
DİN rəsmisi Elşad Hacıyev bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".