Bakı-Qazax şosesində güclü külək TIR-ın aşmasına səbəb olub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 24 may tarixində xəbər verir.
Bakı Dairəvi yolunda İran İslam Respublikasının vətəndaşı 39 yaşlı Cavanşir Cəbrayılın idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.
Bu zaman iritonnajlı yük avtomobili aşıb.
Qolundan ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.
Faktla bağlı araşdırma aparılır.