Bakıda verilişə gələn 82 yaşlı qadın itkin düşüb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifova yaşadığı evdən paytaxtda yerləşən “ARB” telekanalının inzibati binasına gedib. Daha sonra ondan xəbər alınmayıb.
Ağbirçəyin 160 sm boyu var, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.
Onu görənlərdən Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaqları xahiş olunur.