Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili zəncirvari qəza törədib. Bu haqda bu gün, 20 avqust tarixində Oxu.az məlumat verir.
Yol polisinə məxsus 99-YP-457 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 99-OM-551 dövlət nömrə nişanlı KİA markalı maşına, ikincisi isə, öz növbəsində, 99-GV-173 nömrəli “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib.