Bakılı gənc WhatsApp yazışmalarını ələ keçirəcəyini vəd edərək pul mənimsəyib. Bu haqda bu gün, 31 may tairixində Bakuplus.az Dövlət Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Bakı sakini 22 yaşlı Arif Əsgərov İnstagram sosial şəbəkəsində “Aztechnolog” adı ilə qeydiyyatdan keçərək WhatsApp yazışmalarının izlənilməsi xidmətlərini təklif edib.
O, qabaqcadan ödəniş aldıqdan sonra əlaqəni kəsib. Bu yolla dələduz 394 nəfərin pulunu ələ keçirib.
Şübhəli şəxs saxlanılaraq barəsində cinayət işi açılıb.