Bakı metrosunda vaqonların hərəkətində fasilə yaranıb. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
Paytaxt sakinlərinin sözlərinə görə, ötən gün axşam saat 19:00 radələrində metronun İnşaatçılar stansiyasında vaqon 10 dəqiqəyə yaxın platformada dayanıb.
Daha sonra vaqonların gecikməsi tuneldə də qeydə alınıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata əsasən, nasazlıqla əlaqədar xəttə əlavə vaqonlar buraxılıb.