Bakı sakini Lənkəran rayonunda narkotik ilə tutulub. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rövşən Acalov narkotik təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsində 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Onun narkotik maddələri Bakıda satmaq üçün aparmalı olduğu müəyyən olunub.