Paytaxt sakininin bank hesabından pul oğurlayan şəxs tutulub. Bu haqda 1 iyun tarixində Report məlumat verib.
Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manat pul oğurlanmışdır. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.