Bakıda elm xadimi dünyasını dəyişib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, görkəmli alim, 77 yaşlı Sərdar Babayev bu gün səhər saatlarında vəfat edib.
Alim 86 elmi əsərin müəllifidir. O, Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.