Sumqayıtda qumar oynayan paytaxt sakini tutulub. Bu haqda BakuPlus.az Sumqayıt24.az-a istinadən bu gün, 24 may tarixində xəbər verir.
“Məz-Məzək” kafesində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər saxlanılıb. Həmin şəxslərin arasında Bakı sakini Ruslan Vəliyev də olub. Onların oturduğu masanın üzərində pul əsginaslarının olduğu müəyyən edilib.
Saxlanılan şəxslər barəsində inzibati tədbir görülüb. Məhkəməyə göndərilmiş materiallar əsasında verilmiş qərara görə, R. Vəliyev 3000 manat dəyərində cərimə olunub.