Bakıda intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 19 may tarixində Trend məlumat yayıb.
Bildirilir ki, "Cumhuriyyet.az" saytının rəhbəri və baş redaktoru Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənib. Kişi ağır vəziyyətdə dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun sözlərinə görə, xəstənin vəziyyəti kafidir.