2-ci Qarabağ müharibəsi qazisi Bakıda qəzaya uğrayaraq ölüb. Bu haqda BakuPlus.az Kriminalqafqaz-a istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Vətən müharibəsi qazisi, "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş Qismət Əhmədov Bakıda avtomobil qəzasında dünyasını dəyişib.
Füzuli rayon Fin qəsəbəsinin sakini olan Q.Əhmədov doğma rayonunda dəfn edilib.