Qobustanda əcnəbi narkotacirə kuryerlik edən şəxslərdən külli miqdarda heroin götürülüb. Bu haqda 11 may tarixində Report məlumat verib.
Qobustanda qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən 2 nəfər tutulub. Onlar Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyevdir. Saxlanılan şəxslərin üzərində 2 kiloqram 170 qram heroin aşkar edilib.
Məlum olub ki, onlar xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq, onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_43862" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]