Paytaxtın Xətai rayonu, “Gənclik” parkında 3 dost PPX avtomobilinə oturaraq oradan düşmək istəməyiblər. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
30-35 yaşlı Qəbələ rayonunun Zarağan kənd sakinləri qəfil yağış yağması səbəbindən icazəsiz PPX-nın avtomobilinə oturaraq qapını içəridən bağlayıb və düşməkdən imtina ediblər. Onların sərxoş vəziyyətdə olduqları bildirilir.
Onlar 150 manat məbləğində cərimələniblər.