Xaçmazda yol qəzasında 3 nəfər paytaxt sakini xəsarət alıb. Bu haqda bu gün, 27 may tarixində Report məlumat verib.
Xudat - Nabran yolunun Müqtədir kəndindən keçən hissəsində “Opel Astra” markalı minik avtomobili qabaqda hərəkətdə olarkən qəfil manevr edən avtomobildən yayınmaq üçün yoldan çıxıb və idarəetməni itirərək yol kənarındakı mişardaşından tikilən hasara çırpılıb.
Qəza zamanı Bakı şəhər sakinləri - 36 yaşlı Samir İsayev, 43 yaşlı Elnur İsayev və 54 yaşlı Cavid Fərmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.