top
Azərbaycanın Xalq artisti vəfat etdi
25 oktyabr 2024, 23:01
- ↺ +

Azərbaycanın Xalq artisti vəfat etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.

Bakuplus.az xəbər verir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu "Instagram" hesabında məlumat verib.

"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…" - aktyor yazıb.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib. 1975-ci ildən

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.

Aparıcı səhnə ustası - yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da "Nofəl", "Şah İsmayıl"da "Aslan şah", "Aşıq Qərib"də "Şahvələd", "Sevil"də "Atakişi", "Arşin mal alan"da "Süleyman", "Gəlin qayası"nda "Xan", "Koroğlu"da "Həsən xan", "Aida"da "Amonasro", "Riqoletto"da "Monterone", "Toska"da "Skarpia", "Karmen"də "Eskamilio", "Payatsı"da "Tonio", "Bohema"da "Şonar", "Natəvan"da "Qasım bəy Zakir" kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib.

2005-ci ildə "Azərbaycan Xalq artisti" fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

Xalq artisti bir neçə il əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunmuşdu.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Dünən, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Dünən, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Dünən, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Dünən, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Dünən, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Dünən, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Dünən, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Dünən, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
14 oktyabr 2026, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
14 oktyabr 2026, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
14 oktyabr 2026, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
14 oktyabr 2026, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
14 oktyabr 2026, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
14 oktyabr 2026, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Oxşar xəbərlər