top
Görkəmli sənətkarın qızı: “Atamı itirəndə yeni dil açırdım”
09 oktyabr 2024, 04:27
- ↺ +

Görkəmli sənətkarın qızı: “Atamı itirəndə yeni dil açırdım”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.

Hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Medianews.az-a bildirib ki, atasının anım günü səbəbilə Bakıya gəlib:

“Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” tamaşalarına baxdım. Teatrda atam haqqında danışdılar, onu yad etdilər”.

İllər əvvəl atasını itirən Şölə ona çox ehtiyacı olduğunu bildirib: “Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım”.

Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub: “Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Bu gün, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Bu gün, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Bu gün, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Bu gün, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Bu gün, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Bu gün, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Bu gün, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Bu gün, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Bu gün, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Bu gün, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Bu gün, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Bu gün, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Oxşar xəbərlər