top
Nazir sirk rəhbərləri ilə görüşüb
14 oktyabr 2024, 22:33
- ↺ +

Nazir sirk rəhbərləri ilə görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir.

APA xəbər verir ki, səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Oktyabrın 14-də Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib.

Görüşdə Budapeşt sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmiş mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan sirkinin (Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkının baş direktoru Lyudmila Kuznetsova və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizdə sirk sənətinin zəngin ənənələri olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda da yaxşı tanınır.

Söhbət zamanı sirk rəhbərləri öz təcrübələrini bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın quruması və qarşılıqlı birgə layihələrin icrası müzakirə olunub. Eyni zamanda təmir dövründə yüngül konstruksiya tipli sirkin, şapitonun qurulması ilə bağlı müzakirə aparılıb, bu mənada, Macarıstan sirkinin təcrübəsi diqqət mərkəzinə çəkilib.

Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Oxşar xəbərlər