top
Heç bir cinayət əməlim yoxdur - Aytən Səfərova DANIŞDI + YENİLƏNİB
12 avqust 2025, 12:32
- +

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI + YENİLƏNİB

Tanınmış aparıcı Aytən Səfərova barəsində cinayət işi açılması haqqında yayılan məlumatlara münasibət bildirib.

Aparıcı ölkə.az-a açıqlamasında bu məlumatın cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bəzi şəxslər tərəfindən yayıldığını deyib:

"Məlumatları kimin yaydığını bilirəm. O şəxslər ajiotaj yaratmaq, məhkəməyə təsir etmək istəyirlər. Çünki bəzi qüvvələr var ki, mənim bəraət almağımdan qorxurlar. Bilirəm ki, mənim orada cinayət tərkibli hər hansı bir addımım olmayıb. Bu, məqsədyönlü şəkildə olunub ki, ictimaiyyətdə çaşqınlıq yaradılsın.

Vəkilim də var. Bütün bunlar zənnimcə, məhkəmə orqanlarına təsir etmək üçündür. Yalnız və yalnız bunu düşünürəm. Mənim orada heç bir cinayət əməlim yoxdur.

Sürücülük vəsiqəmin müddəti bir həftə idi ki, bitmişdi. Çox gərgin bir həftə idi. Bununla razıyam. Hansı sürücünün yadındadır ki, onun vəsiqəsinin vaxtı nə vaxt bitir?! Avtomobilin texniki baxış müddəti, sığortası bitəndə sürücü dərhal cərimə edilir. Nə üçün bu məsələdə cərimə yoxdur? İnsanlar bilməlidirlər".

A.Səfərova hadisə günü sürət həddini aşması ilə bağlı yazılanlara da münasibət bildirib:

"Onu kim sübut edib? Nə mən, nə də vəkilimiz bununla razıyıq. Çünki mən sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm. Adam qırmızıda keçib, özü də ikinci xəttə dönüb qarşıma çıxıb. Orada mənim qəzadan yayınmaq üçün heç bir texniki imkanım olmayıb.

Mən məhkəmələrimizin ədalətli olmasına inanıram və bilirəm ki, bu məsələdə obyektiv qərar verəcəklər, mənim günahım olmadığını biləcəklər".

10:04

***

Aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bu barədə gununsesi. info-nun əldə etdiyi sənədlərdə qeyd olunub.

Qeyd edək ki, ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə "Hyundai İX-35" markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnmişdi.

Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm "Hyundai İX-35"in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.

19 yaşlı İsmayıl Məmmədov 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib - dönməni həm ikinci zolaqdan, həm də qırmızı işıqda yerinə yetirib.

Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanunun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.

Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb.

İstintaqın sonunda "Hyundai İX-35"in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.

Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Bu gün, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Bu gün, 13:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Bu gün, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Bu gün, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
Dünən, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
Dünən, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
Dünən, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
Dünən, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
Dünən, 13:19

Bakıya Payız gəlir

Xəbər
Dünən, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
02 sentyabr 2026, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbər
02 sentyabr 2026, 16:50

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Oxşar xəbərlər