Paytaxtın Suraxanı rayonunda 3 avtobusun hərəkət sxemi dəyişir. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidində təmir işlərinin aparılması səbəbindən 104, 208, 209 nömrəli atvobusların hərəkət sxemi müvəqqəti dəyişəcək.
Avtobusların hərəkəti İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.
Dəyişiklik 1 fevral saat 08:00-dan 18:00-a qədər davam edəcək.