top
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb
15 noyabr 2025, 10:30
- ↺ +

Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda azyaşlı qızına qarşı dəfələrlə fiziki zorakılıq etməkdə, işgəncə verməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf.az xəbər verir ki, Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızına verdiyi dəhşətli işgəncələr ortaya çıxıb.

Azyaşlının uzun müddət müxtəlif alətlərlə döyülməsi, yandırılması və təhqiredici davranışlara məruz qalması məlum olub.

Fatimə Ramazanova azyaşlı qızına müxtəlif dövrlərdə taxta oxlov, elektrik naqili, dəri kəmər və digər əşyalarla zərbələr endirib. Bundan başqa, kəfgiri sobada qızdıraraq uşağın sol əlinin ovuc səthinə, sol qoluna və burnunun üstünə basmaqla termiki yanıq xəsarətləri yetirib.

Sonuncu dəfə isə 2 mart 2025-ci il tarixində uşağın yemək yeməməsi bəhanəsi ilə dəri kəmərlə döymə nəticəsində azyaşlının bədənində çoxsaylı hematomlar, qançırlar və sıyrıqlar yaranıb.

Fatimə Ramazanova ifadəsində uşaqlıq dövründən etibarən ailə zorakılığına məruz qaldığını, atasının onun 13 yaşı olduqda intihar etdiyini, anasının isə normal həyat tərzi keçirmədiyini bildirib.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.

Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.

Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.

Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Bu gün, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Bu gün, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Bu gün, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Oxşar xəbərlər