Noyabrın 22-si saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində binalardan birinin eyvanı uçub.
Qafqazinfo.аz xəbər verir ki, hadisə C.Xanməmmədov küçəsi, ev 13-də yerləşən binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınıb.
Eyvanın uçması nəticəsində orada yaşayan 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yıxılıb.
O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.