top
Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA
11 sentyabr 2026, 16:39
- ↺ +

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi müəllimlərin qız uşaqlarına təhsildən uzaqlaşdıran və erkən nikaha təşviq edən fikirlər səsləndirdiyi bildirilir. Müəllim hazırlığında fənn biliyi ilə yanaşı, psixoloji və insani keyfiyyətlərin də nəzərə alınması təklif olunur.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin payız sessiyasındakı ilk iclasında bildirib.
Komitə sədri gələcəyin müəllimlərinin yetişdirildiyi universitetlərdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

"Şəxsi təcrübəmdən və müxtəlif söhbətlərdən görürəm ki, bir çox hallarda müəllimlər uşaqlara psixoloji cəhətdən düzgün təsir göstərə bilmirlər. Ola bilər ki, müəllim öz fənnini çox yaxşı bilir. Lakin insani keyfiyyətlər baxımından qız uşağına deyir: "Niyə bu qədər əziyyət çəkib oxuyursan? Onsuz da tezliklə ərə getməlisən"", – Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, belə düşünən müəllimlər hələ dünyagörüşü tam formalaşmamış uşaqlara mənfi təsir göstərə bilirlər:

"Biz mütəxəssisin yaxşı kadr olmasına və fənnini mükəmməl bilməsinə diqqət yetiririk. Lakin onun bir insan, müəllim və psixoloq kimi auditoriyada uşaqlara müsbət təsir göstərib-göstərməyəcəyini əvvəlcədən müəyyən edə bilmirik. Problem də məhz buradan qaynaqlanır".

Komitə sədri dini icmalarla əməkdaşlığın da vacib olduğunu bildirib. O qeyd edib ki, qız və oğlan uşaqlarının eyni səviyyədə təhsil almasını dəstəkləyən, cəmiyyətə müsbət mesajlar verən din xadimləri var.

Mənbə: modern.аz

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Bu gün, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Bu gün, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Bu gün, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Oxşar xəbərlər