top
Buraxılış imtahanları ilə bağlı yaranan suallara DİM sədri Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
13 mart 2026, 21:24
- +

Buraxılış imtahanları ilə bağlı yaranan suallara DİM sədri Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ

 Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır.

İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia ediblər.

Aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə oxu.аz-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Məleykə xanım, imtahan suallarının çətinlik dərəcəsi ilə bağlı səslənən fikirlərə münasibətiniz necədir?

- Bunu söyləmək üçün biz yekun imtahan nəticələrini görməliyik. Buraxılış imtahanlarında əsas hədəflərdən biri də bacarıqların yoxlanılmasıdır. Burada yazılı cavab tələb edən tapşırıqlardan daha çox istifadə olunmasının məqsədi də elə budur. Ona görə də bizə təqribən bir ay vaxt lazım olur ki, yoxlama işlərini tamamlayaq və nəticəni elan edək. Real mənzərəni biz yalnız o vaxt görəcəyik. Hazırda emosiyaların sağlam məntiqi üstələdiyini görürük. Çox təəssüf ki, demək olar, hər dəfə imtahandan sonra eyni vəziyyətlə üzləşirik. Biz dəfələrlə qeyd etmişik ki, DİM-in test bankında tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda hər üç mürəkkəblik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur. İmtahanlardan sonra şagirdlərin və valideynlərin həyəcanını və narahatlığını başa düşürük. Bu imtahanlar minlərlə gəncin gələcəyi ilə bağlı mühüm mərhələdir və onların hər birinin keçirdiyi hissləri anlayışla qarşılayırıq. Dövlət İmtahan Mərkəzi üçün ən vacib məsələ imtahan prosesinin ədalətli, şəffaf və hər bir iştirakçı üçün bərabər şərtlər altında keçirilməsidir.

Bununla belə, insanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır. Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb.

Ənənəvi təhlillərimiz göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur. İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır. Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən "Abituriyent 12" jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun. Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir.

Statistik təhlillərimizdə yer alan bir məsələyə də diqqət çəkmək istəyirəm. 2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər. Ancaq məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar. Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təqribən nə qədər bal toplaya biləcək. Bunların hamısı bizim təhlillərimizdə yer alır.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Həftəsonu növbəti istiqamət üzrə buraxılış imtahanıdır. Biz artıq bilirik ki, bəzi insanlar ayın 9-u, bəziləri isə ayın 15-də olan imtahanın asan və ya çətin olduğunu iddia edəcəklər. Ancaq iştirakçılar real imtahan şəraitini nəzərə almırlar. 9-u imtahan verən rahat şəkildə evdə oturaraq vaxt limiti və s. amilləri nəzərə almadan testlərə baxıb asan deyəcək, digərləri isə əksinə birinci imtahanı asan hesab edəcək. Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar.

Bir daha qeyd etmək istərdik ki, müxtəlif zonalar üzrə imtahan variantları xüsusi proqram təminatı və standart alqoritm əsasında eyni prinsiplə formalaşdırılır. Daha konkret desək, hər bir variantda tapşırıqların çətinlik səviyyələri üzrə paylanması eyni olur. Uzun illər aparılan statistik təhlillər göstərir ki, müxtəlif zonalarda istifadə olunan test blokları arasında korrelyasiya əmsalı 0.9-dan yüksəkdir. Bu isə imtahan variantlarının çətinlik səviyyəsinin statistik baxımdan ekvivalent olduğunu və fərqlərin yalnız məqbul statistik xəta çərçivəsində qaldığını göstərir.

- Bəzi abituriyentlər və valideynlər və hətta özünü təhsil eksperti kimi təqdim edən şəxslər imtahana proqramda olmayan sualların düşməsi iddiası ilə çıxışlar edirlər. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Mən təəssüf edirəm ki, bu iddianı son zamanlar ictimaiyyət arasında yaymağa çalışırlar. Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında imtahan proqramlarını ictimaiyyətə təqdim edir. Artıq bir neçə ildir ki, sual kitabçalarını da iştirakçılara təqdim edirik. Yəni uşaqlar imtahandan sonra kitabçaları özləri ilə aparırlar. Bu bir növ bizim ictimai imtahanımızdır. Onu da qeyd edim ki, bu, çox nadir təcrübədir və demək olar ki, digər ölkələrin praktikasında bunu görmürük. Həmçinin imtahandan dərhal sonra nəinki tapşırıqları, hətta onların izahını, hansı alt-standartı yoxlamaq üçün tərtib olunduğunu belə öz saytımıza yerləşdiririk. İmtahan başa çatan kimi, DİM-in "YouTube" kanalında ekspertlərimiz imtahanda istifadə olunan tapşırıqları izah edirlər, mənbəni göstərirlər. Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil.

Sentyabr ayından etibarən ayda bir dəfə olmaqla təhsil və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüşlərə start vermişik. Həmin vaxt proqramları, sonrakı görüşlərin birində isə test modellərini müzakirəyə çıxarmışdıq ki, ekspertlər, pedaqoji ictimaiyyət nümayəndələri öz fikirlərini bildirsinlər. Çox təəssüf ki, bu görüşlərə gələn çox az adam olur. Ancaq sosial şəbəkələrdə bəzi insanlar heç bir əsas olmadan proqram və testlərin ona uyğun olmaması fikrini tirajlayıb insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Halbuki bunlar hamısı əsassız fikirlərdir.

- Məleykə xanım, ən çox müzakirə mövzusu olan məsələlərdən biri də Azərbaycan dili fənni üzrə mətnlərin uzun olması və bu səbəbdən abituriyentlərin vaxt darlığından çətinlik çəkməsidir. Hesab edilir ki, bu cür suallar üçün vaxt ən azı yarım saat artıq olmalı idi.

- Qeyd etdiyim kimi, imtahan modeli əvvəlcədən ictimaiyyətə təqdim olunur. Saytımıza yerləşdirilməklə yanaşı, "Abituriyent" jurnallarının müvafiq buraxılışlarında da model dərc olunur. Hər kəs tapşırıq nümunələri ilə öncədən tanış olur. İmtahan müddətinə gəldikdə isə vaxt müəyyən edilərkən beynəlxalq qiymətləndirmə təcrübəsi, tapşırıqların məzmunu və mürəkkəblik dərəcəsi nəzərə alınır. Hər bir tapşırıq üzrə orta cavablandırma müddəti əvvəlcədən statistik olaraq hesablanır və ümumi vaxt bu hesablamalara əsaslanır. İmtahanda mümkündür ki, iştirakçı hər hansı tapşırığı cavablandırmaq üçün bir neçə dəqiqə vaxt sərf etsin. Ancaq nəzərə almaq lazımdır ki, test blokunda elə tapşırıqlar da var ki, cəmi bir neçə saniyə ərzində cavablandırmaq mümkündür. Yəni ümumi balans mütləq qorunur. İmtahan nəticələrinin təhlili də göstərir ki, iştirakçılar verilən vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirə bilirlər. Həmçinin, imtahan müddətini müsabiqə şərtlərinin tərkib hissəsi kimi qəbul etmək lazımdır. Hazırlıqlı, müəyyən vərdişlərə sahib, zamanın düzgün idarə olunma qabiliyyəti və digər xüsusiyyətlərə malik olan iştirakçılar verilən vaxt çərçivəsində suallara cavab verə bilirlər.

- Türkiyənin YÖS imtahanındakı sualın buraxılış imtahanına salınmasına münasibətiniz?

- Yox, burada sadəcə mövzular eynidir və oxşar qrafikdən istifadə olunsa da, suallar eyni məzmunda deyil. DİM-in imtahanında istifadə olunan tapşırıq şərtdə verilən məlumatlara görə quruluşca daha konkret və asan başa düşüləcək şəkildə tərtib olunub. Üstəlik tapşırıqda yer alan rəqəmlər də fərqlidir.

Parabolanın təpə nöqtəsi, koordinat oxları ilə kəsişmə nöqtələri haqqında bilikləri yoxlayan xeyli sayda test tapşırıqlarına dərsliklərdə, DİM-in riyaziyyat fənni üzrə test toplusunda və digər vəsaitlərində də kifayət qədər yer verilib. Tapşırıq eyni riyazi modelə əsaslandığı halda parabolanın şəkildə hansı formada təsvir edilməsi sualın riyazi mahiyyətinə təsir göstərmir, yalnız təqdimetmə formasını dəyişir. Riyaziyyat və həndəsədə istifadə olunan tapşırıqlarda əsas məqsəd şagirdlərin riyazi ideyaları və qanunauyğunluqları nə dərəcədə mənimsədiyini və bunları tətbiq etmək bacarığını ölçməkdir. Bu fənlərdə dünya təcrübəsində istifadə olunan bir çox məsələlər eyni teorem və ya eyni analitik üsullara əsaslandığı üçün müxtəlif mənbələrdə oxşar vizual quruluşlu tapşırıqların yer alması tam təbiidir.

- Məleykə xanım, müzakirələrdə yer alan fikirlərdən biri də Təhsil Nazirliyinin guya DİM-dəki suallardan xəbərsiz olması məsələsi ilə bağlıdır.

- Bu iddiaların da heç bir əsası yoxdur. Çünki, bütün imtahan proqramları, həmçinin imtahan modelinin hazırlanmasında Elm və Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirlər. "Abituriyent" jurnalına baxsanız, materialların hazırlanmasında iştirak edən işçi qrupun tərkibində konkret adları da görə bilərsiniz. İmtahanda istifadə olunan sualları isə nəinki mən özüm, ümumiyyətlə, heç kim görmür və görə də bilməz. Biz hamımız yalnız imtahandan sonra tapşırıqlarla tanış olmaq imkanına malik oluruq. Test tapşırıqlarının hazırlanması, ekspertizası, həmçinin imtahandan öncə müəyyən proqram təminatı vasitəsilə test tapşırıqlarının seçilməsi məxfi, qapalı şəraitdə həyata keçirilir.

- Bizə ayırdığınız vaxt üçün təşəkkür edirəm. Ümid edirəm ki, artıq hər şey həm abituriyentlərə, həm də valideynlərə aydın oldu.

- Buyurun.

Son xəbərlər

Binəqədi
Bu gün, 11:01

Qardaşını körpəsinin gözü qarşısında QƏTLƏ YETİRDİ

Xəbər
Bu gün, 10:54

Xalq artisti Ramiz Mirişlinin anım günüdür

Xəbər
Bu gün, 09:28

Sevgilisinin telefonda başqa qızla yazışmasını görən qadın döyüldü

Xəbər
Dünən, 17:42

Qamışlıqlar qurudulur, villalar tikilir, Bakı da su altında qalır

Xəbər
Dünən, 16:00

Azərbaycanın süni intellektlə hazırlanan ilk tarixi sənədli filmi AzTV-də!

Xəbər
Dünən, 14:54

Məktəbdə silah - Hamı günahkardır, heç kim günahkar deyil

Xəbər
Dünən, 13:33

Maştağalılar evlərinə daxil ola bilmir - Küçələr hələ də su altındadır

Xəbər
Dünən, 12:42

Masazır əhalisi təngə gəlib – Dünən qaz yox idi, bu gün işıq

Xəbər
Dünən, 11:19

Sevgilisi ilə birgə ərini öldürmüşdü - Hər ikisinə AĞIR CƏZA

Suraxanı
Dünən, 10:33

Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu

Xəbər
Dünən, 09:06

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

Xəbər
15 aprel 2026, 17:04

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Nizami
15 aprel 2026, 16:26

10 dəqiqəlik yağış kifayət etdi - Küçələr keçilməz oldu

Sabunçu
15 aprel 2026, 12:28

Süpürgəçilər arasında zibil üstündə DAVA: Hər ay maaşından pul tutulacaq

Nəsimi
15 aprel 2026, 11:38

Kişi ondan borcunu tələb edən keçmiş sevgilisini döydü

Xəbər
15 aprel 2026, 10:22

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Nərimanov
14 aprel 2026, 17:29

Keçmiş yeznəsinin üstünə benzin töküb yandırdı - ️Bakıda dəhşətli hadisə

Xəbər
14 aprel 2026, 15:06

Anası ilə tələbə yoldaşından şübhələndi, bıçaqladı - 670 bal toplayan gənc

Xəbər
14 aprel 2026, 12:40

Dünyanın ən varlı məhbusu Azərbaycandadır

Xəbər
14 aprel 2026, 11:33

"Övladlarımız bizim malımız deyil" - Xalq artisti

Xəbər
14 aprel 2026, 10:58

Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Xəbər
14 aprel 2026, 09:18

Zibillikdən butulka, vannada "təmizlik", işçilər də maaşsız - İDDİA

Xəbər
13 aprel 2026, 16:40

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Xəzər
13 aprel 2026, 15:57

İnternat məktəbində OLAY – Direktor ağır yaralanan şagirdi niyə xəstəxanaya aparmağa QOYMADI?

Suraxanı
13 aprel 2026, 11:47

Köhnə sevgilisinə görə məktəb yoldaşını yumruqlayıb öldürdü

Xəbər
13 aprel 2026, 11:16

Ad günlərini birgə qeyd edən ata-oğul

Nəsimi
13 aprel 2026, 10:46

"Yango" taksisi "Hyundai" ilə toqquşdu, tıxac yarandı

Nəsimi
13 aprel 2026, 09:41

"Crescent Mall"un vitrinini taladı - HƏBS EDİLMƏDİ

Oxşar xəbərlər