Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yol cizgiləri yol nişanları ilə uyğun gəlmir. Bu haqda bu gün, 2 fevral tarixində Avtosfer məlumat verib.
Yolun geriyə dönmə yerində 5.11.1 (geriyə dönməni bildirən) nişanı quraşdırılıb, asfaltda isə düzünə hərəkəti bildirən cizgilər çəkilib.
Bu uyğunsuzluq hansı nişanın düzgün olduğunu müəyyən edə bilməyən sürücülərdə çaşqınlıq yaradır.