Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq.
Bakuplus.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan qanun layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq.
Pensiyanın hesablanmasında fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürüləcək.
Həmçinin baza maaşı hesab edilən vəzifə maaşı rütbə maaşı ilə əvəzlənəcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq.
Layihənin əsaslandırılmasına görə, bu dəyişikliklər hərbçilərin gəlirlərini artırmaqla yanaşı, onları daha uzun müddət xidmətdə qalmağa təşviq edəcək.