Göygöldə kişi başından bıçaqlanıb.
Lent.аz xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Kafedə dava zamanı Bakı şəhər sakini, 29 yaşlı Ə.Həmidov başından bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, sözügedən kafedə xəsarət alan Ə.Həmidov və Gəncə şəhər sakini, 26 yaşlı İ.Əliyevlə aralarında dava düşüb. Dava zamanı sonuncu Bakı şəhər sakini Ə.Həmidovun başına bıçaqla xəsarət yetirib.
Məlumata görə hər iki şəxs sərxoş olub.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.