top
Kəlbəcərin erməni işğalından azad edildiyi gündür
25 noyabr 2025, 00:01
- ↺ +

Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Kəlbəcərin işğaldan azad olunmasının 5 ili tamam olur. 

44 gün davam edən Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə bitdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ermənistan təslim olmağa məcbur qalıb və kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı imzalayıblar. Sənədin 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanata görə, Kəlbəcər rayonu noyabrın 15-dək boşaldılmalı idi, lakin Ermənistan Rusiya vasitəsilə Azərbaycandan əlavə 10 gün möhlət istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək bu tələbi qəbul edib. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb və 27 illik işğala son qoyulub.

Bununla belə, həmin 10 günlük müddət ərzində ermənilər öz mənfi xislətlərini bir daha nümayiş etdiriblər. Kəlbəcərdən çıxmazdan əvvəl evləri, binaları və digər tikililəri talan edərək yandırıblar, ağacları qıraraq ekoloji terror törədiblər. Bununla yanaşı, onlar rayonu tərk etməzdən əvvəl Kəlbəcərin müxtəlif yerlərində, o cümlədən yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Nəticədə, 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

2020-ci il noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək televiziya vasitəsilə müraciət edib. Kəlbəcərin azad olunması şərəfinə Azərbaycan Respublikasında "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin azad edilməsi əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən hərbçilər bu medalla təltif olunublar. Bundan əlavə, Prezidentin 2023-cü ildə imzaladığı sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər