Bakıda təmir işləri aparılan binada 66 yaşlı komendant yıxılaraq ölüb.
Apa.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Məlumata görə, Mərdanov qardaşları küçəsində təmir işləri aparılan binanın birinci mərtəbəsində komendant, 1959-cu il təvəllüdlü şəhər sakini Xeyrulla Məhərrəm oğlu Kişiyev ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.