top
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib
05 noyabr 2025, 10:49
- ↺ +

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ilin 28-31 oktyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclası keçirilib.

Bakuplus.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Tədbirdə ölkəmizi DTX-nin və Daxili İşlər Nazirliyinin aidiyyəti əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

İclasda respublikamızın üzv olduğu narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı beynəlxalq konvensiyaların müddəalarından irəli gələn vəzifələrin icrası, Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı aparılan mübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınması istiqamətində, habelə bu sahədə qəbul olunmuş 2019-24 və 2025-30-cu illəri əhatə edən Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər barədə nümayəndə heyəti tərəfindən ətraflı məlumat verilib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu (UNODC), İnterpol və digər beynəlxalq və regional təsisatlar arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Eyni zamanda, son vaxtlarda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə qurulmuş işgüzar münasibətlərə də toxunulub.

Həmçinin vurğulanıb ki, 2019-24-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47 863 fakt aşkar edilib. Bundan əlavə, qeyd olunan dövrdə 33.5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla ümumilikdə 39 002 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib.

Eləcə də tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən tərəfdaş dövlətlərin istintaq orqanları və əməliyyat qurumları arasında əlaqələrin və əməliyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgə nəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Bundan başqa, müasir dövrümüzdə göstərilən sahədə yaranmış təhdidlər sırasında internet üzərindən narkotik vasitələrin satışının həyata keçirilməsinin, cinayətkarların pilotsuz uçuş aparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin yer alması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.

Xüsusilə qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qeyri-qanuni dövriyyəsi, bu işlə məşğul olan cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə birgə səylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiya mübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyac var.

Son xəbərlər

Siyasət
Bu gün, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Bu gün, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Bu gün, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Bu gün, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Bu gün, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Bu gün, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Bu gün, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Bu gün, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Bu gün, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Bu gün, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Bu gün, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Bu gün, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Bu gün, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Bu gün, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Bu gün, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Bu gün, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Bu gün, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Bu gün, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Bu gün, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Bu gün, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Xəbər
Bu gün, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Xəbər
Bu gün, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Xəbər
Dünən, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Oxşar xəbərlər