top
Qadını aldadan mebel ustasına elektron qolbaq taxıldı
17 noyabr 2025, 10:20
- ↺ +

Qadını aldadan mebel ustasına elektron qolbaq taxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nağı Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın xəbər verir ki, Nağı Həsənov heç bir yerdə işləmədiyi halda özünü "Stil Mebel" şirkətinin sahibi kimi təqdim edib. O, "Instagram" sosial şəbəkəsində mebel sifarişləri qəbul etməsi ilə bağlı elan yerləşdirib. 2024-cü ilin iyul ayında həmin elan vasitəsilə telefonla əlaqə saxlayan zərərçəkmiş Maya Hacılı (adı, soyad şərtdir) ilə tanış olub.

Təqsirləndirilən şəxs görüş zamanı özünü işgüzar və peşəkar şəxs kimi göstərmək məqsədilə zərərçəkmiş şəxsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, əvvəlcədən tanıdığı şəxsə məxsus mebel istehsalı sexinə aparıb, obyektin bir hissəsinin ona məxsus olduğunu bildirib, qadının etibarını qazanıb. O, zərərçəkmiş şəxsin verdiyi 3 200 manat məbləğində pul müqabilində 10 gün müddətində mətbəx mebeli hazırlayacağına dair yalan vədlər verib.

Daha sonra 03 iyul 2024-cü il tarixdə saat 15:00 radələrində Mayanın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə gedərək mətbəx mebelinin ölçülərini götürüb, sifarişi qəbul etdiyini bildirib, həmin gün isə mebelin hazırlanmasına başlanılması adı ilə zərərçəkmiş şəxsdən 2 000 manat məbləğində beh alıb. Lakin o, verdiyi vədlərə əməl etməyib, aldığı pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə, Nağı Həsənov aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə 2 000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq edib.

Məhkəmə iclasında Nağı Həsənov özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyib. O, 3 iyul 2024-cü il tarixdə mebel sifarişi götürdüyünü, lakin ailə vəziyyəti ilə əlaqədar mebeli vaxtında hazırlaya bilmədiyini söyləyib. Buna görə də ona bəraət verilməsini xahiş edib

Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. Nağı dindirilərkən deyib ki, atası ağır yataq xəstəsidir. Ondan başqa bir qardaşı və iki bacısı var. Özü fərdi qaydada mebel ustası kimi fəaliyyət göstərir.

Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Bu gün, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Bu gün, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Bu gün, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Oxşar xəbərlər