Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün adının dəyişdirilməsi təklif olunub. Bu haqda bu gün, 3 fevral tarixində Report məlumat verib.
Bu təklif Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Qanlıgölün ərazisində keçirilən ictimai dinləmələrdə səslənib.
İclasda bildirilib ki, su anbarında boğulanların sayı çox olduğuna görə ona “Qanlıgöl” adı verilib. Gölün adının dəyişdirilərək, “Canlı göl”, “Yaşıl göl” və ya “Şamlı göl” kimi adlardan birinin verilməsi də təklif olunub.
Daha öncə məlum olub ki, Qanlıgölün ətrafında park salınacaq, yaşayış massivi tikiləcək.