top
Vətəndaşlar artıq iş yerinə dair arayışı mygovdan da əldə edə biləcəklər
13 noyabr 2025, 14:20
- ↺ +

Vətəndaşlar artıq iş yerinə dair arayışı "mygov"dan da əldə edə biləcəklər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"mygov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. "İş yerinə dair arayışın alınması" xidməti artıq "mygov" platformasında da istifadəyə verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) Bakuplus.az-a verilən məlumata görə, yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa "mygov"dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər.

Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaş "mygov" platformasında "Xidmətlər" bölməsində "Məşğulluq" kateqoriyasına daxil olur. "İş yerinə dair arayışın alınması" xidmətini seçir.

Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir.

İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi.

Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər.

Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir.

Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin "my.gov.az" portalında "Sənəd axtarışı" bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər.

Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Bu gün, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Bu gün, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Bu gün, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Oxşar xəbərlər