top
Vüqar Həşimov öz gücü hesabına oynayır və layiqli nəticə göstərir - Rauf Məmmədov
28 oktyabr 2025, 16:34
- ↺ +

"Vüqar Həşimov" öz gücü hesabına oynayır və layiqli nəticə göstərir" - Rauf Məmmədov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa Kuboku turnirinə yekun vurulub. Turnirdə Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu son tura qədər medallar uğrunda mübarizə aparsa da, yekunda səkkizinci yeri tutub.

Komandanın lideri təcrübəli qrossmeyster Rauf Məmmədov olub. O, son həftələrdə ardıcıl üç böyük yarışda iştirak edib - Səmərqənddə (Özbəkistan) keçirilən "Grand Swiss" yarışı, Batumidə (Gürcüstan) baş tutan Avropa milli komandalarının çempionatı və Rodostakı (Yunanıstan) klublararası Avropa Kuboku turniri.

İdman.Biz-ə müsahibəsində Rauf Məmmədov etiraf edib ki, xüsusilə son turda oyununun zəifləməsinə yorğunluq təsir göstərib. Buna baxmayaraq, o artıq Hindistanda keçiriləcək Dünya Kubokuna hazırlaşır.

- Turnirdən hansı təəssüratlar qaldı? Xüsusilə də nəzərə alsaq ki, son tura qədər medal qazanmağa iddia edirdiniz.

- Bəli, əgər güclü Çexiya klubu "Yeni Bor"u məğlub etsəydik, ikinci və ya üçüncü yeri tuta bilərdik. Amma son turda məndə bir növ "kollaps" baş verdi. Gedişləri səhv saldım və hazırladığım planı tətbiq edə bilmədim. Partiyadan 20 dəqiqə əvvəl ideyanı müəyyənləşdirmişdim, amma oyun zamanı hər şey qarışdı. Görünür, yorğunluğun təsiri idi - ardıcıl üç turnirdə oynamaq, əlbəttə, çətindir. Amma uşaqlar əla mübarizə apardılar. Aydındır ki, şahmat üzrə Avropa Kubokunda medallar uğrunda döyüşmək bizim üçün asan deyil. Biz, demək olar ki, öz gücümüzə, ictimai əsaslarla oynayırıq. Fikrimcə, biz hələ medallar uğrunda mübarizəni davam etdirəcəyik. Ümumilikdə hesab edirəm ki, layiqli çıxış etdik.

- Son vaxtlar doğrudan da çox sıx qrafikiniz var. Məsələn, yaxınlarda Batumidə keçirilən Avropa komandalar çempionatında Azərbaycan millisinin heyətində "gümüş" medal qazandınız...

 - Qitə birinciliyində normal oynadım, yalnız ilk turda David Navara ilə partiyada onun evdə hazırladığı variantın "toruna" düşdüm. Son turda da, əslində, eyni hal baş verdi. Amma Avropa çempionatında ən vacib anda - Ukrayna ilə oyunda Andrey Volokitini məğlub etməklə əhvalım yüksəldi (gülür). Avropa çempionatının gümüş medalı bizim üçün uğurdur, çünki son səkkiz ildə komanda yarışlarında medal qazana bilməmişdik. Hamı bu nailiyyətdən yazdı. Əlbəttə, uğursuzluğumuz zamanı yazmağı sevənlər də var (gülür). Amma ümumilikdə nəticə yaxşıdır.

- Qarşıda Hindistanda keçiriləcək Dünya Kuboku var. Yarış 30 oktyabrda start götürəcək.

- Bəli. Reytinqimə görə ikinci dövrədən başlayacağam, amma biletləri beş gün əvvəldən almışam. Buna görə peşman deyiləm - istirahət etməyə və yuxunu bərpa etməyə vaxtım olacaq. Hazırda bu mənim üçün xüsusilə vacibdir.

- Məlumdur ki, Hindistan spesifik ölkədir, xüsusilə də qidalanma baxımından. Qidalanma məsələsində ehtiyatlı olacaqsınız?

- Mən orada artıq oynamışam - Çennayda və hətta 2009-cu ildə. Acılı yeməkləri sevdiyim üçün Hindistan mətbəxi ilə bağlı problemim yoxdur (gülür). Eşitmişəm ki, orada təhlükəsizliklə bağlı da hər şey qaydasındadır, buna görə narahat deyiləm.

- Sizcə, ikinci dövrədə rəqibiniz kim olacaq?

- Böyük ehtimalla, təxminən 2 620 reytinqə malik alman qrossmeysteri Svan Rasmus. Əlbəttə, o, əvvəlcə ilk rəqibini keçməlidir, amma açıq favorit odur. Sonra isə, hər şey yaxşı getsə, addım-addım irəliləyib hər rəqibi ayrıca təhlil edəcəyik. Əsas odur ki, yaxşı istirahət edim, çünki Avrokubokun son turunda yorğunluq diqqətimə ciddi təsir göstərmişdi.

- Dünya Kubokunda konkret hədəfiniz varmı?

- Bəli, hədəfim var. Bakıdakı Dünya Kuboku göstərdi ki, heç nə mümkünsüz deyil (2023-cü ildə Bakıda keçirilən Dünya Kubokunda Nicat Abbasov dördüncü yeri tutmuşdu). Əgər bəxt və digər amillər üst-üstə düşsə, hər şey mümkündür.

Teymur Tuşiyev

İdman.Biz

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
27 oktyabr 2026, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
27 oktyabr 2026, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
27 oktyabr 2026, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
27 oktyabr 2026, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
27 oktyabr 2026, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
27 oktyabr 2026, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
27 oktyabr 2026, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
27 oktyabr 2026, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
27 oktyabr 2026, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
27 oktyabr 2026, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Oxşar xəbərlər