Bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin anım günüdür.
Ömrünü milli musiqimizin inkişafına həsr edən Arif Babayev özünəməxsus ifaçılıq məktəbi və zəngin yaradıcılığı ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyub. Onun sənəti və yetişdirdiyi tələbələr muğam ənənəsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Sənətkar ötən ilin bu günü 87 yaşında vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.