Bakı şəhəri, Xəzər rayonunda obyektdə yanğın olub.
Bakuplus.az xəbər verir ki, hadisə Zirə qəsəbəsindəki marketdə qeydə alınıb.
Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.