Xətai rayon 8 Noyabr prospektində təmir edilən yol çöküb.
Milli.az xəbər verir ki, yolda hərəkət edən sürücülər məcbur olub sürəti azaldırlar.
Yola bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər ki, bu da xüsusən gecə saatlarında təhlükəyə səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yaranmış problem aidiyyəti qurumların iştirakı ilə yaxın günlərdə həll olunacaq. Bu işlərin nəticələrinə əsasən, gələcəkdə bu kimi halların baş verməməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görüləcək.
Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmələr baş vermişdi.