top
Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər... - ŞİKAYƏT
Foto
04 dekabr 2025, 10:10
- ↺ +

"Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər..." - ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintiləri aparılıb və bu zaman binaların mərkəzi havalandırma sistemləri sökülərək tam yararsız vəziyyətə salınıb".

Bu şikayətlə qafqazinfo.az-a bina sakini İmran Verdiyev müraciət edib.

O, Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən "Ruzi MTK"nın inşa etdiyi 99, 101, 103, 105, 107, 109, 111 və 113 saylı çoxmənzilli binalarda son illərdə ciddi qanunsuzluqların baş verdiyini iddia edir: "Eyni yaşayış kompleksinə daxil olan bu səkkiz binanın 7-sinin damında icazəsiz mansard tikintiləri aparılıb və bu proses sakinlər üçün real təhlükə yaradıb. Mansardların inşası zamanı havalandırmanın sıradan çıxması yaşayış binalarında təhlükəsizlik normalarının kobud şəkildə pozulması deməkdir. Bu hal da xüsusilə yanğın zamanı sakinlərin həyatını birbaşa təhlükəyə atır".

İ.Verdiyev narahatlığını bir neçə gün öncə Yasamalda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əsaslandırıb: "30-40 ildir mühəndisəm, həyatımın çox hissəsi Rusiya, Belarus, Baltikyanı ölkələrdə böyük tikintilərdə keçib, hələ belə vəziyyətlə üzləşməmişəm. Noyabrın 21-i Yasamalda baş verən yanğın zamanı insanlar tüstüdən boğuldu, vəfat edənlər oldu. Səbəbi də havalandırma sistemidir. Bu hadisə göstərdi ki, havalandırma və tüstüötürmə sistemlərinin işlək vəziyyətdə olması yaşayış binaları üçün vacibdir. Bizim kompleksdə isə həmin sistemlər tamamilə sıradan çıxarılıb. Allah eləməsin, bənzər bir yanğın Zahid Xəlilov küçəsindəki binaların birində baş verərsə, tüstünün çıxış yolu olmayacaq və bu, onlarla insanın həyatına son qoya bilər. Yaşadığımız binada da havalandırma sisteminin yerini kortəbii şəkildə dəyişdiriblər və yerində özləri üçün ev tikiblər".

Vətəndaş kompleksi idarə edən komendantı qanunsuzluqlara göz yummaqda ittiham edib: "O, tədbir görmək əvəzinə, mansard tikintisi aparan şəxslərə şərait yaradır, havalandırma sistemlərinin sökülməsinə göz yumur və sakinlərin haqlı narazılığına biganə yanaşır. Havalandırma sistemini götürüb kənara atıblar, kirayə vermək üçün özlərinə otaq tikiblər. Komendant da 3-5 manat alıb buna göz yumur. Sonra da deyirlər FHN-dən və icra hakimiyyətindən icazələri var. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən gəlib bildirdilər ki, mansardlar qeyri-qanuni şəkildə tikilib. Dedilər ki, bununla bağlı aidiyyəti qurumlara məlumat göndəriləcək".

Sakin deyir ki, hazırda binalar Elxan Orucov adlı şəxsin rəhbərliyi ilə "Sabah FMS" tərəfindən idarə olunur. 

Həmin məhəllədəki bütün binalarda mansardların tikildiyini söyləyən şikayətçi əlavə edib ki, qonşusunun evində yaşayış olmadığı üçün havalandırma sistemini əlavə dirsəklər vasitəsilə onun evinə birləşdiriblər: "Havalandırma sisteminə dirsək qoyulmur. O düz formada qoyulur ki, havalandırmanı düzgün şəkildə sovurub aparsın. 90 dərəcəli qoyulan bir dirsək 70 faiz itki deməkdir. Əlavə olaraq, havalandırma sistemi yaşayış binasının üzərinə yerləşdirilmir, xidməti məkanların üzərinə qoyulur ki, sakinləri narahat etməsin. 90 ailənin yaşadığı bu binada bizi də faciə gözləyir. Çünki bizim də binamızın altını satıblar, hamısı da obyektlərdir. Yüklənmiş xətlər var. Binamızın altında market, onun içərisində isə təndir var, bu da bina üçün təhlükə yaradır. Həmçinin binanın altında klinika, onun avadanlıqları, havalandırma sistemləri var, hamısı yüklənib. Ən əsası odur ki, havalandırmaya müdaxilə olunub".

İmran Verdiyev vurğulayıb ki, bina sakinləri olaraq bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, indiyədək heç bir real tədbir görülməyib və mansard tikintiləri davam edir.

Maraqlıdır ki, mövqelərini öyrənmək məqsədilə "Ruzi MTK" ilə əlaqə saxlamağa cəhd etsək də, şirkətin aktiv olan heç bir sosial media hesabına rast gəlmədik.

Eyni zamanda şikayətçinin adını hallandırdığı E.Orucovla da əlaqə saxladıq. Binanı idarə etdiyi deyilən şəxs saytımıza açıqlamasında bildirdi ki, onlar sakinlərə sadəcə idarəetmə xidmətləri üzrə konsultasiyalar veriblər. O, məsələyə aidiyyətinin olmadığını və ünvanlanan ittihamlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 107 ünvanında yerləşən "Yasamal-77" MMMC-yə məxsus çoxmərtəbəli yaşayış binasına qurumun Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilib: "Baxış nəticəsində binanın dam hissəsində yerləşən layihədə nəzərdə tutulan texniki sahənin zəbt olunmaqla divarlarının artırılaraq mənzil kimi istismar edildiyi, dam hissəsində ümumi bina üçün nəzərdə tutulmuş tüstüsovurma sisteminin borusu və mühərrikinin yerinin dəyişdirildiyi müəyyən edilib.

Aparılan qeyri-qanuni işlərlə bağlı MMMC-nin sədri vəzifəsini etibarnamə əsasında icra edən Elxan Orucovun iştirakı ilə tərəfimizdən yanğın-texnki müayinə aktı tərtib olunub.

Yanğın-texniki müayinə nəticəsində qeyri-qanuni tikinti işləri, eləcə də binanın ümumi tüstüsovurma sisteminin borusunun və mühərrikinin yerinin dəyişdirilməsi barədə tərəfimizdən tikinti işini aparan 49 saylı mənzilin sahibi Məmmədov Vilayət İdayət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin aşkar olunmuş pozuntu ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılması təmin olunacaq.

Bundan əlavə, bildiririk ki, Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binalarda ümumi əmlakın lazımi sanitariya və texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının vəzifəsidir. Binanın təhlükəsiz istismarının təmin edilməsi isə yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aiddir".

Xatırladaq ki, noyabrın 21-i Yasamalda yaşayış binasında baş vermiş güclü yanğın nəticəsində 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb.​ Hadisədən sonra yanğına səbəb olduğu bildirilən binanın aşağı mərtəbəsində yerləşən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə həbs edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Oxşar xəbərlər