top
Əməliyyat masasından məhkəmə zalına - Ali Məhkəmədən yeni qərar
21 yanvar 2026, 11:51
- +

Əməliyyat masasından məhkəmə zalına - Ali Məhkəmədən yeni qərar

Ali Məhkəmə artan estetik əməliyyatları fonunda bədən toxunulmazlığı hüququna dair mövqe açıqlayıb.

Bu barədə Bakuplus.az-a Ali Məhkəmədən məlumat verilib.

 Bildirilib ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Ali Məhkəmə Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarla əslində konstitusion təminat altına alınıb, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilib. Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır. Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.

Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilib. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimai mənafe və qanuni əsas aiddir. Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər.

Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir).

Plenum qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilib. Bu hallar aşağıdakılardır:

1) Tibbi yardım tədbirlərinin ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər);

2) "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması;

3) Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması.

Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir.

Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilib.

Qərara görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir. Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə).
Bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.

Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır. Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermiş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqress tələb hüququ yaranır.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Əhali Bakı restoranlarında 117,7 milyon manat xərcləyib

Xəbər
Dünən, 17:20

Müğənniləri Rusiyaya çağıranlar bazarda işləyənlərdir - Gülüstan Əliyeva

Xəbər
Dünən, 16:20

Bakıda toy müğənnisinin evinə basqın

Xəbər
Dünən, 15:30

Telefonu corabında gizlətdi, həbs olundu

Xəbər
Dünən, 15:26

"Balacalar Teatrı": Fərqlilikdən doğan böyük sənət - REPORTAJ

Xəbər
Dünən, 14:30

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

Xəbər
Dünən, 14:29

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Xəbər
Dünən, 13:30

Yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Dünən, 12:30

Azərbaycan Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Xəbər
Dünən, 11:30

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı tədbir təxirə salındı

Xəbər
Dünən, 10:03

Hüseyn Cavidin mənəvi oğullarından biri də vəfat etdi

Xəbər
Dünən, 09:21

Premyer Liqa: "Sabah" "Qəbələ"ni qəbul edəcək

Xəbər
Dünən, 09:00

Bu gün Yel çərşənbəsidir

Xəbər
09 mart 2026, 19:36

Həmid Herisçi İrana niyə gedib? – İlhamiyyə Rza hər şeyi danışdı

Xəbər
09 mart 2026, 18:00

İki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Xəbər
09 mart 2026, 17:30

İtkin düşən 15 nəfər tapıldı

Xəbər
09 mart 2026, 16:30

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir - FOTO

Xəbər
09 mart 2026, 15:30

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb

Xəbər
09 mart 2026, 14:30

Polis 5 qumbara və 91 ədəd müxtəlif çaplı patron aşkar etdi

Xəbər
09 mart 2026, 13:40

Dərmandan zəhərləndi, öldü

Xəbər
09 mart 2026, 12:40

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib

Xəbər
09 mart 2026, 11:40

Qadının intim görüntülərini sosial şəbəkədə yaydı, belə cəzalandırıldı

Xəbər
09 mart 2026, 10:43

Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxardı

Xəbər
09 mart 2026, 09:42

"Neftçi" "Turan Tovuz"u qəbul edir

Oxşar xəbərlər