top
Balacalar Teatrı: Fərqlilikdən doğan böyük sənət - REPORTAJ
10 mart 2026, 15:26
- ↺ +

"Balacalar Teatrı": Fərqlilikdən doğan böyük sənət - REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan mədəniyyət tarixində yeni bir səhifə açılıb. 2025-ci ilin dekabrında fəaliyyətə başlayan və ölkənin ilk "Balacalar Teatrı" adlandırılan bu kollektiv səs-küylü bir uğur hekayəsinə çevrilib. Teatrın yaradıcısı, tanınmış aktyor və böyük istedad sahibi Natiq Fərzəliyevdir.

Natiq Fərzəliyev yurd.media-ya özünün uzun və çətin yolundan danışıb:

"Mən tanınmış aktyor olana qədər çox çətinliklərdən keçdim. Uşaqlıqda depressiya və komplekslər yaşadım. Həmin hisslər məni çox düşündürdü: necə olur ki, mənim kimi insanlar cəmiyyətdə kənarda qalır, əziyyət çəkir. Bir çəkilişdə Ülviyyə və Pərvini gördüm və o vaxt qərar verdim ki, gənc həmkarlarımla bir araya gələrək teatr yaradaq", – deyə o vurğulayıb.

Onun üçün bu, yalnız bir teatr deyil - bu, həm də cəmiyyətin kənarda qaldığı istedadların səsini eşitdirən bir platformadır. Artist bildirib ki, həyatında bir çox qapılar üzünə bağlansa da, bu teatr gələcək nəsillərə öz istedadlarını kəşf etmək üçün şərait yaradacaq.

Ad seçimi də böyük müzakirə doğurub.

"Firuz Mustafa təklif etdi ki, adını "Nəhənglər Teatrı" qoyaq. Əvvəl biz qərar verdik ki, "Karlik teatrı" adını qoyaq, lakin müasir cəmiyyətdə bu söz həssaslıq yarada bilər. Ona görə də "Balacalar Teatrı" adını seçdik. Normal bir insan kimi yaşamaq asandır, amma öz fərqini qəbul edib onu istedad kimi cəmiyyətə təqdim etmək daha böyük fəxrdir", – aktyor bildirib.



Bu gün teatrın 10 nəfərlik kollektivində hər bir aktyor öz istedadı ilə parlayır. Kollektiv artıq bir neçə tamaşa ilə səhnəyə çıxıb. Onlar hər biri özünəməxsus stil, maraq və mesajlarla tamaşaçıları valeh edib. İlk biletli premyera 2026-cı ilin 16 yanvar tarixində keçirilib və artıq bu teatr ölkənin mədəni həyatında əhəmiyyətli yer tutub.

Natiq Fərzəliyev deyib ki, o, bir zaman mono tamaşada oynayıb və insanın mükəmməl doğulmadığını, hər bir fərdin öz hissləri və xüsusiyyəti olduğunu vurğulayıb:

"Hər bir insanın öz yeri var. Biz aktyorlar üçün ən böyük fəxri ad tamaşaçının sevgisidir. Maddi cəhətdən də, aktyor bu işini maaşla davam etdirir. Amma mənim üçün ən dəyərli şey səhnədə ailəmin və tamaşaçılarımın yanında olmaqdır. Keçmişə nəzər salsaq görərik ki, Azərbaycan teatrı ağır və çətin yol keçib və o fədakar aktyorlarlar nələrə dözüb. O vaxtla müqayisədə bu gün artist heç də pis yaşamır", – o, səmimi danışıb.

Hazırda kollektiv Jan Batist Molyerin "Aldanmış ər" əsərini tamaşaya hazırlayır. Tamaşanın quruluşçu rejissoru Mirzəağa Mirzəyevdir. Rolları əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, Natiq Fərzəliyev, Ülviyyə Qarayeva, Nuranə Vaqifqızı, Pərviz Teymurov, Lamiyə Məmmədova, Turan Şahsubutov, Asim Səfərov, Tuncay Xanməmmədov ifa edirlər. Natiq Fərzəliyev deyib ki, bu tamaşa kollektiv üçün çətin olsa da, rejissorun düzgün rəhbərliyi ilə onlar bu çətinliyi dəf edəcəklər:

"Aktyor rolu seçməməlidir, bu, rejissorun işidir. Rejissor aktyordan bir zərgər kimi incə və möhtəşəm bir rol formalaşdırmalıdır".

Son xəbərlər

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Oxşar xəbərlər