top
İşləyən pensiyaçılar üçün yeni təklif
21 yanvar 2026, 15:05
- +

İşləyən pensiyaçılar üçün yeni təklif

İşləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin.

Trend.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.

Millət vəkili xatırladıb ki, "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

Deputat bildirib ki, pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)) bölünməklə pensiya məbləği yenidən hesablanır.

"İşləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə - 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir.

Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir.

Ona görə təklif edərdim ki, "Əmək pensiyaları haqqında" Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin.

Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq bu dəyişiklik ilə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğlərini artardı", - deyə V.Bayramov fikrini tamamlayıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Əhali Bakı restoranlarında 117,7 milyon manat xərcləyib

Xəbər
Dünən, 17:20

Müğənniləri Rusiyaya çağıranlar bazarda işləyənlərdir - Gülüstan Əliyeva

Xəbər
Dünən, 16:20

Bakıda toy müğənnisinin evinə basqın

Xəbər
Dünən, 15:30

Telefonu corabında gizlətdi, həbs olundu

Xəbər
Dünən, 15:26

"Balacalar Teatrı": Fərqlilikdən doğan böyük sənət - REPORTAJ

Xəbər
Dünən, 14:30

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

Xəbər
Dünən, 14:29

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Xəbər
Dünən, 13:30

Yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Dünən, 12:30

Azərbaycan Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Xəbər
Dünən, 11:30

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı tədbir təxirə salındı

Xəbər
Dünən, 10:03

Hüseyn Cavidin mənəvi oğullarından biri də vəfat etdi

Xəbər
Dünən, 09:21

Premyer Liqa: "Sabah" "Qəbələ"ni qəbul edəcək

Xəbər
Dünən, 09:00

Bu gün Yel çərşənbəsidir

Xəbər
09 mart 2026, 19:36

Həmid Herisçi İrana niyə gedib? – İlhamiyyə Rza hər şeyi danışdı

Xəbər
09 mart 2026, 18:00

İki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Xəbər
09 mart 2026, 17:30

İtkin düşən 15 nəfər tapıldı

Xəbər
09 mart 2026, 16:30

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir - FOTO

Xəbər
09 mart 2026, 15:30

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb

Xəbər
09 mart 2026, 14:30

Polis 5 qumbara və 91 ədəd müxtəlif çaplı patron aşkar etdi

Xəbər
09 mart 2026, 13:40

Dərmandan zəhərləndi, öldü

Xəbər
09 mart 2026, 12:40

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib

Xəbər
09 mart 2026, 11:40

Qadının intim görüntülərini sosial şəbəkədə yaydı, belə cəzalandırıldı

Xəbər
09 mart 2026, 10:43

Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxardı

Xəbər
09 mart 2026, 09:42

"Neftçi" "Turan Tovuz"u qəbul edir

Oxşar xəbərlər