top
Nasaz avtomobillərlə yola çıxanlara XƏBƏRDARLIQ
Bu gün, 11:40
- +

Nasaz avtomobillərlə yola çıxanlara XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Bakuplus.az-a verilən məlumata görə, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.

Xəbərdarlıqda qeyd olunur ki, son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır:

"Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.

Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.

Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.

"Yol hərəkəti haqqında" Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:30

Tanınmış biznesmen həbs edildi: Ana ilə oğlunu şərləmək istəyibmiş

Aktual Xəbərlər
Bu gün, 15:30

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən sursat çıxdı

Aktual Xəbərlər
Bu gün, 14:30

Azərbaycanda ov mövsümünün müddəti uzadılıb

Aktual Xəbərlər
Bu gün, 13:59

Gizli elektrik xətti çəkdi, qəsəbəni işıqsız qoydu

Aktual Xəbərlər
Bu gün, 13:40

"Qobu Park"da sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Bu gün, 12:40

Qadın hamamda boğuldu

Aktual Xəbərlər
Bu gün, 10:45

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanıldı

Aktual Xəbərlər
Bu gün, 09:45

Abşeron rayon prokuroru vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Dünən, 18:10

Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisinə yekun ittiham verildi

Aktual Xəbərlər
Dünən, 17:10

DSX generalı yüksək vəzifəyə təyin edildi

Aktual Xəbərlər
Dünən, 16:10

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - Rəsmi

Aktual Xəbərlər
Dünən, 15:10

Ötən gün 64 cinayətin açılması təmin edilib

Aktual Xəbərlər
Dünən, 14:10

Bəhlul Mustafazadə: "Liverpul"la oyun bizim üçün yaxşı dərs oldu"

Aktual Xəbərlər
Dünən, 13:10

Jurnalist Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib

Aktual Xəbərlər
Dünən, 12:38

Bakıda sabahın hava proqnozu

Aktual Xəbərlər
Dünən, 12:10

Maştağada istixanadan 50 min manatlıq oğurluq edilib - VİDEO

Aktual Xəbərlər
Dünən, 11:18

Bakıda kişi arvadını çəkiclə döydü

Aktual Xəbərlər
Dünən, 10:20

Məhkəmə sədrinin bıçaqlanan gəlininin son durumu

Xəbər
Dünən, 09:20

Bakıda 2 nəfər qazdan zəhərləndi, ölən var

Xəbər
28 yanvar 2026, 18:02

Bakının mərkəzindəki hoteldə qonağın meyiti tapıldı

Aktual Xəbərlər
28 yanvar 2026, 17:03

Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə

Aktual Xəbərlər
28 yanvar 2026, 16:04

Paytaxtda silah-sursat aşkarlandı

Aktual Xəbərlər
28 yanvar 2026, 15:04

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Oxşar xəbərlər