top
Sərxoş kişi qızının telefonuna gələn zəngə görə arvadını vəhşicəsinə döydü - MƏHKƏMƏ
21 yanvar 2026, 16:30
- +

Sərxoş kişi qızının telefonuna gələn zəngə görə arvadını vəhşicəsinə döydü - MƏHKƏMƏ

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Alim Məlikovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttiham aktına əsasən, Alim Məlikov zərərçəkmiş Lalə Məlikovaya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evdə olarkən qızının mobil telefonuna gələn zənglə bağlı arvadı, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb. Zəng edən şəxsin Pənah (şərti) adlı kişi olduğunu eşidən və sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs əsəbiləşərək mobil telefonu qızının əlindən alıb, zəng etdiyi nömrədən kişi və qadın səsləri eşitdikdən sonra ailədaxili münasibətlər zəminində qısqanclıq səbəbi ilə mübahisə daha da gərginləşib.

Mübahisə zamanı Alim mobil telefonu ataraq arvadının alın nahiyəsinə vurub. Nəticədə Lalənin alın nahiyəsində hematoma əmələ gəlib. Daha sonra zərərçəkmiş şəxs evdən çıxaraq qaçmağa çalışsa da, təqsirləndirilən şəxs onu evin qaranlıq həyətində yaxalayaraq yerə yıxıb, qol nahiyələrindən yumruq və təpik zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsin sol bazusu və sol saidində qançırlar yaranıb.

Bundan sonra Alim həyət ərazisində olan dəmir boru ilə qadının çanaq və bud nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirərək ona xəsarət yetirib. Qeyd olunan xəsarətlər Lalənin sağlamlığının qısa müddətə pozulmasına səbəb olub və yüngül dərəcəli sağlamlığa zərər vurma kimi qiymətləndirilib.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Əhali Bakı restoranlarında 117,7 milyon manat xərcləyib

Xəbər
Dünən, 17:20

Müğənniləri Rusiyaya çağıranlar bazarda işləyənlərdir - Gülüstan Əliyeva

Xəbər
Dünən, 16:20

Bakıda toy müğənnisinin evinə basqın

Xəbər
Dünən, 15:30

Telefonu corabında gizlətdi, həbs olundu

Xəbər
Dünən, 15:26

"Balacalar Teatrı": Fərqlilikdən doğan böyük sənət - REPORTAJ

Xəbər
Dünən, 14:30

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

Xəbər
Dünən, 14:29

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Xəbər
Dünən, 13:30

Yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Dünən, 12:30

Azərbaycan Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Xəbər
Dünən, 11:30

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı tədbir təxirə salındı

Xəbər
Dünən, 10:03

Hüseyn Cavidin mənəvi oğullarından biri də vəfat etdi

Xəbər
Dünən, 09:21

Premyer Liqa: "Sabah" "Qəbələ"ni qəbul edəcək

Xəbər
Dünən, 09:00

Bu gün Yel çərşənbəsidir

Xəbər
09 mart 2026, 19:36

Həmid Herisçi İrana niyə gedib? – İlhamiyyə Rza hər şeyi danışdı

Xəbər
09 mart 2026, 18:00

İki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Xəbər
09 mart 2026, 17:30

İtkin düşən 15 nəfər tapıldı

Xəbər
09 mart 2026, 16:30

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir - FOTO

Xəbər
09 mart 2026, 15:30

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb

Xəbər
09 mart 2026, 14:30

Polis 5 qumbara və 91 ədəd müxtəlif çaplı patron aşkar etdi

Xəbər
09 mart 2026, 13:40

Dərmandan zəhərləndi, öldü

Xəbər
09 mart 2026, 12:40

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib

Xəbər
09 mart 2026, 11:40

Qadının intim görüntülərini sosial şəbəkədə yaydı, belə cəzalandırıldı

Xəbər
09 mart 2026, 10:43

Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxardı

Xəbər
09 mart 2026, 09:42

"Neftçi" "Turan Tovuz"u qəbul edir

Oxşar xəbərlər