top
Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür
14 yanvar 2026, 09:19
- +

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

14 yanvar unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun doğum günüdür.

Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin "Ölülər", Şıxəli Qurbanovun "Sənsiz" və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan "Şəhərin yay günləri", "Antoni və Kleopatra", "Sevilya ulduzu", "Lənkəran xanının vəziri", "Pəri cadu", "Yalan", "Yağışdan sonra", "Ölülər" və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bu marşrutların avtobusları yeniləndi

Xəbər
Dünən, 17:20

Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Xəbər
Dünən, 16:20

Bakının bəzi yerlərində yağış yağacaq

Xəbər
Dünən, 14:34

15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürmək istədi - Zorlama şübhəsi…

Xəbər
Dünən, 14:20

Bakıda bloqer sevgilisinin 90 mindən çox pulunu ələ keçirdi

Xəbər
Dünən, 13:20

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Xəbər
Dünən, 12:48

Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ

Xəbər
Dünən, 12:34

Bakıda ucuz və sənədi olan torpağı haradan almaq olar?– Ərazilər və real qiymətlər

Xəbər
Dünən, 12:20

Közərmə lampalarının satışı qadağan edilir

Xəbər
Dünən, 11:20

10 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verildi - NAZİR

Xəbər
Dünən, 11:17

Məşhur telekanal müğənniyə qadağa qoyub - İDDİA

Xəbər
Dünən, 10:27

Masazırda qaz kəsildi

Xəbər
Dünən, 09:08

Milli Sevgililər Günüdür

Xəbər
29 iyun 2026, 18:00

Baş prokuror Xətai rayonunda qəbul keçirəcək

Xəbər
29 iyun 2026, 17:20

Bakıda 63 yaşlı qadın ana oldu

Xəbər
29 iyun 2026, 16:20

İyunun son günü hava necə olacaq?

Xəbər
29 iyun 2026, 15:50

Bakıda qadın ütü ilə döyüldü

Xəbər
29 iyun 2026, 15:20

DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb

Xəbər
29 iyun 2026, 15:07

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbər
29 iyun 2026, 14:20

Kişi və qadını oğurlayıblar, qərardan narazıdırlar

Xəbər
29 iyun 2026, 13:25

Bakıda ağaclar tırtıllara görə dərmanlanır

Xəbər
29 iyun 2026, 11:54

Ordumuzda neçə qadın xidmət edir?

Xəbər
29 iyun 2026, 11:50

Bakılı iş adamı bu il 800 milyon dollar qazanıb

Xəbər
29 iyun 2026, 11:27

Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Oxşar xəbərlər