top
Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi
29 iyun 2026, 15:07
- ↺ +

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.

Bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxslər - Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu SOCAR-ın balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat alıblar.

Rövşən Emilə torpaq özəlləşdirməsi ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə işi həll edə biləcəyini deyib. Məhkəmədə Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.

Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin onun bu işə aidiyyəti olmadığını qeyd edib.

İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.

Yekunda təqsirləndirilən şəxslər ikisi də xeyli miqdarda dələduzluqda təqsirli biliniblər. Hökmə əsasən, Emil Səmədova 2 il həbs cəzası verilib. Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 12:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
Bu gün, 12:05

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
Bu gün, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
Bu gün, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
Bu gün, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
08 oktyabr 2026, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
08 oktyabr 2026, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
08 oktyabr 2026, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Oxşar xəbərlər