Binəqədi Gənclər Evində "Fəxri qonaq" layihəsi çərçivəsində növbəti görüş 13 iyul, saat 15:00-da baş tutacaq. Bu haqda Bakuplus.az bu gün, 9 iyul tarixində məlumat verir.
"Moda və iqtisadiyyat” mövzusunda olan budəfəki görüş İqtisad elmləri doktoru, Əməkdar müəllim, professor Zahid Məmmədov ilə olacaq.
Tədbirdə iştirak etmək istəyənlər Gəclər Evinin səhifəsinin mesaj qutusuna yaza və ya postun altına “+” işarəsi qoya bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Zahid Məmmədova “Əməkdar müəllim” fəxri adı verilib.