"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi kanalizasiya infrastrukturunda baş vermiş qəzaların aradan qaldırılması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
İşlərin icrası "Avroasiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.
Bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 5 201 558 manat təşkil edir.
Layihə çərçivəsində Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işləri həyata keçiriləcək.
mənbə: banker.аz